Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Erməni təxribatı nəticəsində həlak olan şəhid Ayaz Nəzərov dəfn edilib

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlunun nəşi anadan olduğu Tovuz rayonuna gətirilib.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, Tovuzun Bozalqanlı kəndində şəhidimizlə vida mərasimi keçirilib.

Dəfn mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhər sakinləri və şəhidin hərbçi yoldaşları iştirak ediblər.

Vida mərasimindən sonra şəhid Ayaz Nəzərov torpağa tapşırılıb.

Şəhidin tabutu üzərində olan üçrəngli Azərbaycan bayrağı ailəsinə verilib.

12 Yanvar 2022 15:45 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə