Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər nəzarət-kassa aparatları tətbiq edəcək

2022-ci il yanvarın 1-dək Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində müəyyənləşdirilən istisnalar nəzərə alınmaqla, pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları məcburi olaraq nəzarət-kassa aparatları ilə həyata keçirilirdi. Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə bu siyahı genişləndirilib.

 "Xalq qəzeti" Dövlət Vergi Xidmətinə istinadla bildirir ki, mövzuya iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirib.

Ekspert qeyd edib ki, 2022-ci il yanvarın 1-dən Vergi Məcəlləsində müəyyənləşdirilən istisnalar nəzərə alınmaqla, pərakəndə ticarət fəaliyyəti, ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri, mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər mütləq olaraq pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları ilə həyata keçirməlidirlər.

Göründüyü kimi, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər də 2022-ci il yanvarın 1-dən nəzarət-kassa aparatları tətbiq edəcək.

A.Bayramov əlavə edib ki, nəzarət-kassa aparatı tətbiq edən vergiödəyiciləri təqdim etdikləri mala (iş, xidmətə) görə ödənişi POS terminalla aldığı halda da, qarşı tərəfə nəzarət-kassa aparatının çekini təqdim etməlidirlər.

12 Yanvar 2022 14:59 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
5 İyul 2022 | 17:12
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə