Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qusar sakini meşədə basdırdığı avtomatı götürərkən tutulub

Qusar sakinində avtomat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə Qusar Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silahın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, Qusarda qeydiyyatsız yaşayan əvvəllər məhkum olunmuş Akif Ağaxanov nömrəsi silinmiş AKM markalı silahı, 1 ədəd səsboğucu, 6 ədəd patron və 1 ədəd patron darağı ilə əvvəllər basdırdığı meşə ərazisindən çıxararkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

12 Yanvar 2022 12:08 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə