Ən son xəbərlər
“Eurosport”un yaydığı məlumata görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin ən məhsuldar qapıçılarının siyahısını açıqlayıb.
Bildirilir ki, siyahıya 2001-ci il yanvarın birindən sonrakı dövrdə ən azı 10 qol vuran qapıçı düşüb.
Qeyd olunur ki, bu uğura dünyanın 18 qapıçısı nail olub. Siyahıya braziliyalı qapıçı Rojerio Seni başçılıq edir. Onun hesabında 112 top var. İlk üçlüyü perulu Conni Veqas (37 qol) və Nigeriya təmsilçisi Vinsent Enyeama (24) tamamlayıblar.
Məlumat üçün deyək ki, on səkkiz qapıçıdan 7-si 20 və ya daha çox qol vurub. Digərləri isə 10 top vurmağı bacarıb.
Rövşən TOĞRUL, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə