Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxs “Məktəblilərin qida bələdçiləri” layihəsi sahəsində görüləcək işlərin satın alınması üçün KOTİROVKA SORĞUSU ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalı­na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və “Məktəblilərin qida bələdçiləri” layihəsi sahəsində görüləcək işlərin satın alınması məqsədilə kotirov­ka sorğusu haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

- İştirak haqqı 100 ( bir yüz) manatdır.

- İştirak haqqı heç bir halda geri qaytarılmır.

- Qiymət kotirovkası (zərflərin açıldı­ğı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Ver­gi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları­nın mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddaiaçının mikro, kiçik və ya orta sahibkarlıq subyekti olması barədə mü­vafiq sənəd;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- son 2 ildə analoji xidmətlərin göstərilməsi sahəsində uğurla yerinə ye­tirilmiş və ya davam edən müqavilələrin sayı 1 və daha çox olmalıdır.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki sənədlər Azərbaycan dilinə tərcümə edilməlidir). Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

Malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları qapalı zərfdə, imza­lanıb möhürlənmiş şəkildə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hü­quqi şəxsin (Bakı şəhəri, S.S.Axundov küçəsi 73C. Tel- (+994 12) 377 00 20 dax.524 Məsul şəxs- satınalma və təchizat departamentinin mütəxəssisi Samirə Məmmədovaya) ünvanına 27 yanvar 2022-ci il saat 15.00-a qədər təqdim olunmalıdır.

Zərflərin açılışı 28 yanvar 2022-ci il saat 15.00-da keçiriləcəkdir.

Tender komissiyası

12 Yanvar 2022 03:50 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə