Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avtomobil Yolları Dövlət Agentliyi balansında olmayan əraziləri açıqlayıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) öz balansında olan avtomobil yolları, prospekt və küçələrlə bağlı məlumatı açıqlayıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hazırda qurumun balansına 17 min 755 kilometr magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları, Bakı şəhərinin 1500 kilometr uzunluğunda əsas küçə və prospektləri, qəsəbədaxili bəzi küçələr daxildir.

Məlumata əsasən, Bakı şəhərinin qəsəbədaxili küçə və yolları (bəzi küçələr istisna olmaqla), respublikanın şəhər və rayon mərkəzlərinin bütün prospekt və küçələri (Bakı şəhəri istisna olmaqla), eləcə də kənddaxili bütün küçə və yollar agentliyin balansında deyil.

Sözügedən prospekt, küçə və yollar yerli icra strukturlarının (icra hakimiyyəti və ya bələdiyyə) balansındadır.

11 Yanvar 2022 16:57 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə