Ən son xəbərlər
Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyevin əmri ilə ukraynalı mütəxəssis Oleq Berezovski federasiyanın idman direktoru vəzifəsinə təyin edilib.
"Xalq qəzeti" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidməti yayıb.
Bildirilib ki, yeni idman direktorunu qəbul edən qurum rəhbəri qarşıya qoyulan məqsədlərdən danışaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Köhnə versiyamızdan xəbərləri izlə