Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazaxıstanda 160-dan çox daxili aviareys ləğv olunub

Qazaxıstanda 160-dan çox daxili aviareys ləğv olunub, daha doqquz reys gecikir.

 “Xabar-24” telekanalına istinadla xəbər verir ki, bu barədə ölkənin Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi məlumat yayıb.

“Yanvarın 8-nə ümumilikdə 216 reys planlaşdırılmışdı (“Air Astana” və “Fly Arystan” - 144, SCAT – 52, “Qazaq Air” – 20), onlardan 163-ü ləğv olunub. Qalan bütün reyslər cədvələ uyğun olaraq yerinə yetiriləcək”, - deyə nazirliyin bəyanatında bildirilir. Qeyd edilir ki, aviareyslərin ləğv olunmasının və ləngiməsinin əsas səbəbləri Aktau, Taldıkorqan, Almatı şəhər aeroportlarının bağlanması, internetdə yaranmış problemlər, habelə reyslərin gecikmə ilə gəlməsidir.

Xatırladaq ki, Almatı aeroportunun yanvarın 9-dək işləməyəcəyi elan olunub. Bir çox aviakompaniyalar təhlükəsizlik baxımından Qazaxıstana reysləri ləğv ediblər.

8 Yanvar 2022 11:19 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
6 İyul 2022 | 23:37
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə