Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekoloji təmiz göydələn

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində ispan memarların layihəsi əsasında yaşıllıqlara bürün­müş göydələn inşa ediləcək. Bildirilir ki, göydələn yaşıl­lıq sahələri olan ayrı–ayrı bloklar şəklində əsas dayağın ətrafında yerləşdiriləcək. Layihəyə əsasən, hər bir belə platforma 360 dərəcə mənzərə təqdim edir. Göydələndə ofislər və mənzillər yerləşəcək.

Qeyd edək ki, BƏƏ-də gələcəyin binası kimi xarakterizə olunan göydələn, həm də ekoloji təmiz memar­lığın kobud sənayeləşmə üzərində qələbəsinin simvolu hesab edilir.

Məlumatı “Əl Ərəbiyyə” yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

8 Yanvar 2022 00:39 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
6 İyul 2022 | 23:37
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə