Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 2 Bakı şəhəri, 7 yanvar 2022-ci il

 

“Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 144 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublika­sının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”nin 16-cı hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabine­ti qərara alır:

“Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 144 nömrəli Qərarının (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2006, № 6, maddə 572, № 7, maddə 642; 2007, № 5, maddə 556, № 8, maddə 850, № 11, maddə 1172, № 12, maddə 1342; 2011, № 1, maddə 57; 2012, № 1, maddə 43, № 5, maddə 490; 2013, № 3, maddə 345; 2016, № 4, maddə 802, № 11, maddə 1931; 2018, № 5, maddə 1113; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 321 nömrəli Qərarı) 2-ci hissəsi ilə təsdiq edilmiş Kollegiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Kollegiyanın sədri

Azərbaycan Respublikasının gənclər və idman naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Aparatının rəhbəri

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Aparatının gənclərlə iş şöbəsinin müdiri

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Aparatının idman şöbəsinin müdiri

Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının prezidenti”.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə