Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 495 Bakı şəhəri, 21 noyabr 2018-ci il
“Tikinti obyektinin istismarına icazənin vahid forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 982-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 6 mart tarixli 1867 nömrəli Fərmanının və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1034-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 7 may tarixli 42 nömrəli Fərmanının 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 
1. “Tikinti obyektinin istismarına icazənin vahid forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 9, maddə 1126) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında “Tikinti obyektinin istismarına icazənin vahid forması”nın” sözləri “Tikinti obyektlərinin istismarına icazənin formaları”nın” sözləri ilə əvəz edilsin;
1.2. preambulaya “yarımbəndinin” sözündən sonra “və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 982-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 mart tarixli 1867 nömrəli Fərmanının 1.2-ci bəndinin” sözləri əlavə edilsin;
1.3. mətn hissəsi aşağıdakı redaksiyada verilsin:
“1. “Tikinti obyektinin istismarına icazə”nin forması təsdiq edilsin (1 nömrəli əlavə).”;
1.4. aşağıdakı məzmunda 2-ci, 3-cü və 4-cü hissələr əlavə edilsin:
“2. “Reklam qurğusunun istismarına icazə”nin forması təsdiq edilsin (2 nömrəli əlavə).
3. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən “Tikinti obyektinin istismarına icazə”nin forması reklam qurğuları istisna olmaqla digər tikinti obyektlərinə şamil edilir.
4. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”;
1.5. həmin Qərarla təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazə” üzrə:
1.5.1. yuxarı sağ küncə “təsdiq edilmişdir” sözlərindən sonra “1 nömrəli əlavə” sözləri əlavə edilsin;
1.5.2. “İCAZƏ № ___” sözləri “İCAZƏ” sözü ilə əvəz edilsin;
1.5.3. “Tarix” sözü “№___ Tarix _______” sözləri ilə əvəz edilsin;
1.5.4. “Tikinti obyektinin istismarına icazə verən orqanın” sözlərindən sonra “(qurumun)” sözü əlavə edilsin;
1.5.5. “İcra Hakimiyyətinin başçısı” sözləri “Tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) rəhbəri” sözləri ilə əvəz edilsin.”.
2. “Reklam qurğusunun istismarına icazə”nin forması təsdiq edilsin (əlavə olunur).”.
 
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2018-ci il 21 noyabr

tarixli 495 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

2 nömrəli əlavə

 

Reklam qurğusunun istismarına

 

İ C A Z Ə

 

Şəhər

 № ____          Tarix __________

 

 

Reklam qurğusunun istismarına icazə verən qurumun adı və ünvanı

______________________________________________________

 

Reklam qurğusunun növü _________________________________

 

Reklam qurğusunun yerləşdiyi ünvan ________________________

 

Reklam qurğusunun əsas texniki göstəriciləri:

 

Göstəricilərin adı

Ölçü vahidi

Tikinti sxemi üzrə

Faktiki

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Reklam qurğusunun tikintisinə verilmiş icazənin tarixi və nömrəsi ______________________________________________________

 

Tikintilərin dövlət reyestri tərəfindən reklam qurğusuna verilmiş kodun nömrəsi __________________________________________

 

Reklam qurğusunun sifarişçisi ______________________________

 

Təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış reklam qurğusunun şəhərsalma və tikintiyə dair normativ sənədlərin (o cümlədən, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlara)  tələblərinə, tikinti sxeminə, tikinti işlərinin təsvirinə  uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, ___________ tarixindən ______________________

 

______________________________________________________

(istismarçının adı)

reklam qurğusunun istismarına icazə verilsin.

              

İcazəni imzalayan məsul şəxs        __________________________ 

                                                                                  (vəzifəsi)

 

____________________              __________________________

                  (imza)                                                           (soyadı, adı)

    

 

M.Y.     

           

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə