Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 1 Bakı şəhəri, 5 yanvar 2022-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublika­sının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldıl­ması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” 2020-ci il 9 iyul tarixli 249 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

“Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezi­dentinin 2021-ci il 11 oktyabr tarixli 1461 nömrəli Fərmanının 5.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, maddələr 1403, 1408, № 12 (V kitab), maddələr 1589, 1597; 2021, № 2, maddə 203, № 3, maddələr 278, 288, 293, 300, 302, № 4, maddələr 395, 399, 404, 416, 417, 418, № 6 (IV kitab), maddə 695, № 7, maddələr 871, 874, № 8, maddələr 966, 973, № 9, maddə 1064; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 15 oktyabr tarixli 312 nömrəli, 28 oktyabr tarixli 320 nömrəli, 30 oktyabr tarixli 325 nömrəli, 1 noyabr tarixli 333 nömrəli, 15 noyabr tarixli 351 nömrəli, 19 noyabr tarixli 357 və 360 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.2.3.2.1-ci yarımmaddəsində “Sahibkarlığın İnkişafı Fondunun” sözləri “Azərbaycan Biznesinin İnkişafı Fondunun” sözləri ilə əvəz edilsin.

2. “Koronavirus (COVID-19) pandemi­yasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunveri­cilik Toplusu, 2020, № 7, maddə 979, № 10, maddə 1279, № 12 (V kitab), maddə 1581; 2021, № 9, maddə 1066) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5-ci hissədə “Azərbaycan Respub­likasının Sahibkarlığın İnkişafı Fondu” sözləri “Azərbaycan Biznesinin İnkişafı Fondu” sözləri ilə əvəz edilsin;

2.2. 8-ci hissədə “Azərbaycan Respub­likası Sahibkarlığın İnkişafı Fondunun” sözləri “Azərbaycan Biznesinin İnkişafı Fondunun” sözləri ilə əvəz edilsin;

2.3. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 2.1.1-ci yarımbəndində “Azərbaycan Respublika­sının Sahibkarlığın İnkişafı Fondu” sözləri “Azərbaycan Biznesinin İnkişafı Fondu” sözləri ilə əvəz edilsin;

2.4. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 1.1-ci bəndində “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fon­du” sözləri “Azərbaycan Biznesinin İnkişafı Fondu” sözləri ilə əvəz edilsin;

2.5. həmin Qərara əlavə – “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə Azərbaycan Respublikası Hökuməti adın­dan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Dövlət Zəmanətinin verilməsi barədə Çərçivə Zəmanət Sazişi” üzrə:

2.5.1. 1.2-ci bənddə və 2.1.4-cü yarımbənddə “Azərbaycan Respublikası­nın Sahibkarlığın İnkişafı Fondu” sözləri “Azərbaycan Biznesinin İnkişafı Fondu” sözləri ilə əvəz edilsin;

2.5.2. 13-cü hissədə “Azərbaycan Res­publikasının Sahibkarlığın İnkişafı Fondu” sözləri “Azərbaycan Biznesinin İnkişafı Fondu” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə