Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 493 Bakı şəhəri, 19 noyabr 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 41 nömrəli, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli və “Azərbaycan Ordusu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli 333 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1172-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 151 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 197; 2003, № 6, maddə 342; 2006, № 9, maddə 822, 
№ 11, maddə 989; 2008, № 2, maddələr 116, 125, 
№ 9, maddə 853, № 10, maddə 928; 2009, № 6, maddə 491; 2010, № 8, maddə 764; 2011, № 6, maddə 566; 2012, № 1, maddə 36, № 5, maddə 488, № 12, maddə 1352; 2013, № 5, maddə 576, № 7, maddə 876, № 8, maddə 998, № 10, maddə 1211, № 11, maddə 1463; 2016, № 4, maddə 778, № 5, maddə 965; 2017, № 2, maddələr 276, 299, № 5, maddələr 978, 982; 2018, 
№ 5, maddə 1120) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Qərarla təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə” üzrə: 
1.1.1. 1.2-1-ci bəndin ikinci cümləsində “A1”, “A” və “B” kateqoriyalarına” sözləri “A” və “B” kateqoriyalarına, “A1” və “B1” altkateqoriyalarına” sözləri ilə əvəz edilsin və həmin bəndə “kateqoriyalara” sözündən sonra “(altkateqoriyalara)” sözü əlavə edilsin;
1.1.2. 2.1-ci bənd üzrə:
1.1.2.1. “a” yarımbəndinin birinci abzasına “C” və “D” kateqoriyalı” sözlərindən sonra “, “C1” və “D1” altkateqoriyalı” sözləri və “A1 kateqoriyalı” sözlərindən sonra “və “B1” altkateqoriyalı” sözləri əlavə edilsin;
1.1.2.2. “b” yarımbəndi üzrə:
1.1.2.2.1. birinci abzasda “və “DE” kateqoriyalı” sözləri “, “DE” kateqoriyalı və “B1”, “C1”, “D1”, “C1E”, “D1E” altkateqoriyalı” sözləri ilə əvəz edilsin;
1.1.2.2.2. ikinci abzasa “C” kateqoriyalı” sözlərindən sonra “və “C1” altkateqoriyalı” sözləri əlavə edilsin;
1.1.2.2.3. üçüncü abzasda “BE” kateqoriyası “B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslərin, “D” kateqoriyası avtonəqliyyat vasitələrini ən azı beş il idarəetmə təcrübəsinə malik olan şəxslərin, “CE” və ya “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini müvafiq olaraq “C” və ya “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il” sözləri “BE” kateqoriyası və “C1E” altkateqoriyası müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən, “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini ən azı bir il, “CE” və “DE” kateqoriyaları müvafiq olaraq “C” və ya “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il, “D” kateqoriyası, tramvaylar və trolleybuslar və “D1” altkateqoriyası “B”, “C” kateqoriyalarına və ya “C1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı beş il, “D1E” altkateqoriyası “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı iki il” sözləri ilə əvəz edilsin;
1.1.2.3. “c” yarımbəndi üzrə:
1.1.2.3.1. birinci abzasa “kateqoriyasından” sözündən sonra “(altkateqoriyasından)” sözü əlavə edilsin;
1.1.2.3.2. üçüncü-altıncı abzaslar aşağıdakı redaksiyada verilsin:
“A”, “B” və “C” kateqoriyaları, “B1” və “C1” altkateqoriyaları üzrə - 18 yaşdan;
“BE” kateqoriyası və “C1E” altkateqoriyası üzrə - 19 yaşdan;
“CE” kateqoriyası üzrə – 21 yaşdan;
“D” kateqoriyası, tramvaylar, trolleybuslar və “D1” altkateqoriyası üzrə - 23 yaşdan;”;
1.1.2.3.3. yeddinci abzas səkkizinci abzas hesab edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
“D1E” altkateqoriyası üzrə – 25 yaşdan;”;
1.1.3. 2.3-cü bənd üzrə:
1.1.3.1. birinci abzasa “kateqoriyasını” sözündən sonra “(altkateqoriyasını)” sözü əlavə edilsin;
1.1.3.2. “a” yarımbəndinin birinci abzasına “kateqoriyalı” sözündən sonra “və “A1”, “B1”, “C1” altkateqoriyalı” sözləri əlavə edilsin;
1.1.3.3. “b” yarımbəndinin birinci abzasına “kateqoriyalı” sözündən sonra “və “B1”, “C1” altkateqoriyalı” sözləri, “kateqoriyalarına” sözündən sonra isə “və “D1”, “D1E” altkateqoriyalarına” sözləri əlavə edilsin;
1.1.4. 2.6-cı bəndin ikinci abzasının ikinci cümləsinə “kateqoriyalı” sözündən sonra “(altkateqoriyalı)” sözü əlavə edilsin;
1.1.5. 3.6-cı bəndə “kateqoriyalı” sözündən sonra “(altkateqoriyalı)” sözü əlavə edilsin;
1.1.6. 5.6-cı bəndin üçüncü abzasına “kateqoriyalı” sözündən sonra “(altkateqoriyalı)” sözü əlavə edilsin;
1.1.7. Əsasnaməyə 4 nömrəli əlavə üzrə:
1.1.7.1. “Avtomobil nəqliyyatı vasitələri sürücülərinin hazırlanmasını və onların ixtisaslarının artırılmasını həyata keçirən tədris müəssisələrinin kabinetlərinin (siniflərinin) və qurğularının Siyahısı”nın onuncu abzasına “kateqoriyaları” sözündən sonra “(altkateqoriyaları)” sözü əlavə edilsin;
1.1.7.2. “Fərdi avtomobil nəqliyyatı, “A1” və “A” kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanmasını həyata keçirən tədris müəssisələrinin kabinetlərinin və qurğularının Siyahısı”nın adından “A1” və” sözləri çıxarılsın və “kateqoriyalı” sözündən sonra “və “A1” altkateqoriyalı” sözləri əlavə edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə” üzrə:
1.2.1. 1.3-cü bənd üzrə:
1.2.1.1. birinci abzasa “kateqoriyalar” sözündən sonra “(altkateqoriyalar)” sözü əlavə edilsin;
1.2.1.2. 1-ci yarımbəndə “motosikletləri” sözündən sonra “, trisiklləri və yüngül kvadrisiklləri” sözləri əlavə edilsin;
1.2.1.3. aşağıdakı məzmunda 2-1-ci, 3-1-ci, 4-1-ci, 6-1-ci və 7-1-ci yarımbəndlər əlavə edilsin:
“2-1) “B1” – “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 25-3-cü bəndində nəzərdə tutulmuş kvadrisiklləri idarə etmək üçün;
3-1) “C1” - “D” kateqoriyasına və “D1” altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, lakin 7.500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
4-1) “D1” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
6-1) “C1E” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
7-1) “D1E” - sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;”;
1.2.2. 1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.5. Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:
1) velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;
2) asma mühərrikli velosipedi, mopedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;
3) “A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -18 yaşdan;
4) “BE” kateqoriyasına və “C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan (müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən, “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə);
5) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);
6) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək, habelə “B”, “C” və ya “C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);
7) “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 25 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə iki ildən az olmamaq şərtilə);
8) “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə).”;
1.2.3. 1-ci hissənin “Qeyd”i üzrə:
1.2.3.1. birinci abzasda “A”, “C” və “BC” kateqoriyalı” sözləri “A”, “B”, “C” kateqoriyalı və “A1”, “B1” və “C1” altkateqoriyalı” sözləri ilə əvəz edilsin;
1.2.3.2. ikinci abzasda “və “DE” kateqoriyalı” sözləri “, “DE” kateqoriyalı və “D1E” altkateqoriyalı” sözləri ilə əvəz edilsin;
1.2.4. 2.1-ci bəndin birinci abzasından “A1”,” sözü çıxarılsın, ikinci halda “və” sözü vergül işarəsi ilə əvəz edilsin və həmin abzasa “kateqoriyalarına” sözündən sonra “və “A1”, “B1”, “C1”, “D1”, “C1E”, “D1E” altkateqoriyalarına” sözləri əlavə edilsin;
1.2.5. 2.2-ci bənddə birinci halda “və” sözü vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə “kateqoriyalarına” sözündən sonra “və “C1”, “D1”, “C1E”, “D1E” altkateqoriyalarına” sözləri əlavə edilsin;
1.2.6. 2.6-cı bənddə “üç ildən az” sözləri “bu Əsasnamənin 1.5-ci bəndinin 6-8-ci yarımbəndlərində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin və həmin bəndə “kateqoriyalar” sözündən sonra “(altkateqoriyalar)” sözü əlavə edilsin;
1.2.7. 2.8-ci bənddən “A1,” sözü çıxarılsın, birinci halda “və” sözü vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə “kateqoriyalarına” sözündən sonra “və “A1”, “B1”, “C1”, “D1”, “C1E”, “D1E” altkateqoriyalarına” sözləri əlavə edilsin;
1.2.8. 2.9-cu bənddən “A1,” sözü çıxarılsın və həmin bəndə “kateqoriyalarına” sözündən sonra “, “A1”, “B1”, “C1” altkateqoriyalarına” sözləri və “kateqoriya” sözündən sonra “(altkateqoriya)” sözü əlavə edilsin;
1.2.9. 2.10-cu bənddə “A1” ,“A” və ya “B” kateqoriyalarına” sözləri “A” və “B” kateqoriyalarına, “A1” və “B1” altkateqoriyalarına” sözləri ilə əvəz edilsin;
1.2.10. 2.11-ci bənd üzrə:
1.2.10.1. birinci abzasa (birinci halda) “kateqoriyasına” sözündən sonra “, “C1E” altkateqoriyası “C” kateqoriyasına, o cümlədən “C1” altkateqoriyasına” sözləri əlavə edilsin;
1.2.10.2. ikinci abzasa “nəqliyyat vasitələrinin” sözlərindən sonra “, tramvayların və trolleybusların və “D1” altkateqoriyalı nəqliyyat vasitələrinin” sözləri, “kateqoriyalarına” sözündən sonra “və ya “C1” altkateqoriyasına” sözləri əlavə edilsin və həmin abzasdan “və ya “BE” sözləri və “və ya “CE” sözləri çıxarılsın;
1.2.10.3. üçüncü abzasda “və ya” sözləri vergül işarəsi ilə əvəz edilsin və həmin abzasa “kateqoriyalı” sözündən sonra “və ya “C1”, “D1” altkateqoriyalı” sözləri əlavə edilsin;
1.2.10.4. dördüncü abzasa “kateqoriyalarına” sözündən sonra “, yaxud “C1” və ya “D1” altkateqoriyalarına” sözləri və “kateqoriyalı” sözündən sonra “, “B1” və ya “A1” altkateqoriyalı” sözləri əlavə edilsin;
1.2.10.5. beşinci abzasa “kateqoriyaları” sözündən sonra “, “D1” və ya “D1E” altkateqoriyaları” sözləri əlavə edilsin;
1.2.11. 3.1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.”;
1.2.12. 3.2-ci bəndin ikinci abzasına “motosikletləri,” sözündən sonra “kvadrisiklləri, trisiklləri,” sözləri əlavə edilsin;
1.2.13. 3.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“3.4. Sürücülük vəsiqəsindəki məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində qeyd olunur.”;
1.2.14. 3.6-cı bəndə “kateqoriyalara” sözündən sonra “(altkateqoriyalara)” sözü əlavə edilsin;
1.2.15. 3.8-ci bəndin üçüncü abzasına və 3.10.2-ci bəndə “kateqoriyalı” sözündən sonra “(altkateqoriyalı)” sözü əlavə edilsin;
1.2.16. 3.15-1.6-cı yarımbənd ləğv edilsin;
1.2.17. 3.15-2-ci bəndə “kateqoriyalar” sözündən sonra “(altkateqoriyalar)” sözü əlavə edilsin;
1.2.18. Əsasnaməyə 4 nömrəli əlavə - “Təcrübi imtahanın keçirilmə Metodikası” üzrə:
1.2.18.1. aşağıdakı məzmunda 1.1.1-1-ci yarımbənd əlavə edilsin:
“1.1.1-1. “B1” – “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 25-3-cü bəndində nəzərdə tutulmuş kvadrisikllərdə;”;
1.2.18.2. 1.1.3-cü yarımbəndə “C” sözündən sonra “, “C1” sözü əlavə edilsin;
1.2.18.3. 1.1.4-cü yarımbəndə “CE” sözündən sonra “, C1E” sözü əlavə edilsin;
1.2.18.4. 1.1.5-ci yarımbəndə “D” sözündən sonra “, “D1” sözü əlavə edilsin;
1.2.18.5. 1.1.6-cı yarımbəndə “DE” sözündən sonra “, “D1E” sözü əlavə edilsin;
1.2.18.6. 2.1.2-ci yarımbəndə “D” sözündən sonra “, “B1”, “C1”, “D1” sözləri əlavə edilsin;
1.2.18.7. 2-ci hissənin “Qeyd” hissəsindən birinci halda “və” sözü çıxarılsın və həmin hissəyə “kateqoriyalı” sözündən sonra “və “C1E”, “D1E” altkateqoriyalı” sözləri əlavə edilsin;
1.2.18.8. 2.3-cü bəndə “kateqoriyasına” sözündən sonra “(altkateqoriyasına)” sözü əlavə edilsin;
1.2.18.9. 5.1-ci bəndə “motorollerlərdə” sözündən sonra “, trisikllərdə və yüngül kvadrisikllərdə” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 745; 2010, № 11, maddə 1041, № 12, maddə 1125; 2011, № 4, maddə 372; 2013, № 8, maddə 1025, № 12, maddə 1629; 2014, № 7, maddə 945, № 8, maddə 1014; 2016, № 2 (II kitab), maddə 354, № 3, maddə 592, № 4, maddələr 779, 804, 817, № 5, maddə 964; 2017, № 4, maddələr 633, 650, № 5, maddə 980, № 8, maddə 1609; 2018, № 4, maddə 806, № 5, maddə 1107; 2018, № 7 (II kitab), maddə 1625; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 sentyabr tarixli 392 nömrəli və 18 oktyabr tarixli 461 nömrəli qərarları) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.1. Avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası və ya “D1” altkateqoriyası üzrə avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və “B”, “C” kateqoriyalarına və ya “C1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), “D1E” altkateqoriyası üzrə avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi iki ildən az olmayan), yaxud “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 26-dan az və 65-dən çox olmayan və “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülər buraxılırlar.”;
2.2. 8.15-ci bəndə “kateqoriyası” sözündən sonra “və ya “D1” altkateqoriyası” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 20 oktyabr tarixli 333 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1246; 2017, № 4, maddə 620) ilə təsdiq edilmiş “Azərbaycan Ordusu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası”nın 3.15-ci və 4.2-ci bəndlərində “B” və “C” kateqoriyalı” sözləri “A”, “B”, “C” kateqoriyalı və “A1”, “B1” və “C1” altkateqoriyalı” sözləri ilə əvəz edilsin.
4. Bu Qərar 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
 
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə