Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 492 Bakı şəhəri, 19 noyabr 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 40 nömrəli, “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” 1999-cu il 6 aprel tarixli 60 nömrəli və “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 27 yanvar tarixli 10 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1172-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 151 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 196; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2005, № 4, maddə 386; 2006, № 5, maddə 463, № 9, maddə 822; 2008, № 2, maddə 125, № 8, maddə 782; 2011, № 5, maddə 455; 2012, № 5, maddə 487, № 7, maddə 776, № 9, maddə 921; 2013, № 6, maddə 575, № 8, maddə 1021, № 11, maddə 1462; 2015, № 4, maddələr 463, 467; 2016, № 2 (II kitab), maddə 386, № 4, maddə 810; 2017, № 4, maddələr 620, 646; 2018, № 5, maddə 1119; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 oktyabr tarixli 461 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”nin 1.3-cü bəndinin beşinci abzasına “kateqoriyalı” sözündən sonra “(altkateqoriyalı)” sözü əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 267; 2001, № 1, maddə 70, 
№ 7, maddə 512; 2003, № 8, maddə 460; 2005, № 9, maddə 855, № 11, maddə 1061; 2007, № 10, maddə 1013; 2008, № 2, maddə 116; 2010, № 8, maddə 764; 2011, № 8, maddə 781, № 9, maddə 852; 2012, 
№ 9, maddə 922; 2013, № 3, maddə 344; 2014, № 8, maddə 1011, № 10, maddə 1301; 2017, № 6, maddə 1218; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 sentyabr tarixli 390 nömrəli, 9 oktyabr tarixli 431 və 432 nömrəli qərarları) ilə təsdiq edilmiş “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası”nın 4.2-ci bəndinə “kateqoriyasına” sözündən sonra “(altkateqoriyasına)” sözü əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 80, № 9, maddə 695; 2002, № 8, maddə 544, № 11, maddə 675; 2006, № 9, maddə 822; 2008, № 2, maddə 116; 2010, № 8, maddə 764; 2013, № 8, maddə 1022; 2018, № 4, maddə 799; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 17 oktyabr tarixli 459 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”nın 5.1-ci bəndinə “kateqoriyalı” sözündən sonra “(altkateqoriyalı)” sözü əlavə edilsin.
4. Bu Qərar 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
 
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə