Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Air Astana" Almatı-Bakı aviareysini ləğv edib

Qazaxıstanın "Air Astana" şirkətinin Almatı-Bakı-Almatı aviareysi ləğv olunub.

Bu barədə "Xalq qəzeti"nə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə, Almatı-Bakı aviareysinin təyyarəsi saat 13:05-də Bakıya enməli, saat 14:05-də isə Bakıdan Almatıya yola düşməli idi.

Xatırladaq ki, Almatı, Aktobe və Aktau hava limanları etiraz aksiyaları səbəbindən işini dayandırıb.

Qeyd edək ki, dünən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Almatıya həyata keçirməyi planlaşdırdığı reyslərin ləğvi barədə məlumat yayıb. Bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib. Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və yaxud pulsuz yenidən rezervasiya təklif olunacaq.

6 Yanvar 2022 14:07 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə