Ən son xəbərlər
Madridin “Real” futbol klubunun rəhbərliyi 2022-ci il üçün komandanın heyəti ilə bağlı qərarını açıqlayıb. Bildirilir ki, klub rəhbərliyi Qaret Beyl və İsko ilə yolların ayrılmasına qərar verib. Bundan başqa, klub rəhbərliyi Eden Hazar, Mariano Dias və Luka Yoviçlə danışıqlar aparılacağını bəyan edib.
Qeyd edilib ki, “Real”ın yanvarda açılacaq transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb etmək imkanı yoxdur. Bu səbəbdən klub yeni oyunçu almağı 2022-ci ilin yayına planlaşdırır.
Məlumatı “Marca” yayıb.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə