Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zelenski ABŞ konqresmenləri ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Dünən Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın 20-dən çox senator və konqresmeni ilə videoformatda keçirdiyi görüşdə ABŞ hökumətini Ukraynanın şərqindəki münaqişənin sülh yolu ilə həllində fəal iştirak etməyə çağırıb. Bu barədə UNİAN agentliyi məlumat yayıb.

V.Zelenski hesab edir ki, Donbasda münaqişənin ədalətli həllinə nail olma­dan təkcə Ukraynanın deyil, bütövlükdə Avropanın təhlükəsizliyi mümkün deyil. Dövlət başçısı sonra deyib: “Ukrayna dövlətinin xəbəri olmadan heç bir razılaşma olmamalıdır. Heç bir ölkənin Ukraynanın NATO-ya in­teqrasiyasına mane olmaq hüququ yoxdur”. Ukrayna Prezidenti sonda onlayn görüşdə iştirak edən ABŞ qanunvericilərini ölkəsinə səfərə dəvət edibdir.

Yeri gəlmişkən, ABŞ Senatının Ukrayna üzrə parlament qrupunun rəhbəri, senator Rob Portman dünən öz “Twitter” səhifəsində ölkənin bir qrup senator və konqresmenin Prezident Zelenski ilə Ukraynanın təhlükəsizliyi məsələsini geniş müzakirə etdiyi barədə məlumat yayıb.

Senatorun sözlərinə görə, Ukraynanın dövlət başçısı Donbasda münaqişənin həlli istiqamətində “Nor­mand dördlüyü” formatı çərçivəsində atılan addım­lardan danışıb və bunların yetərli olmadığını vurğulayıb.

Xatırladaq ki, son vaxt­lar Rusiyanın Ukrayna ilə sərhəddə hərbi qüvvələrini kəskin artırması barədə xəbərlər yayılıb. Rəsmi Kiyev Rusiyanın Ukraynaya hərbi müdaxiləyə hazırlaşdığını iddia edir. Moskva isə bu ittihamları təkzib edir.

M.HACIXANLI, “Xalq qəzeti”

26 Dekabr 2021 01:45 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
6 İyul 2022 | 23:37
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə