Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Rusiyanın TASS İnformasiya Agentliyi adından və şəxsən öz adımdan 60 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Siz böyük atanın ləyaqətli oğlu, müasir dövrün görkəmli siyasi xadimi kimi müdrik rəhbərlik və istedadınız sayəsində ölkənizi çiçəklənən və xoşbəxt diyara çevirirsiniz.

Xalqın arzu və ümidlərini hiss edən, etibarlı tərəfdaşların və müttəfiqlərin dəstəyindən istifadə etməyi bacaran mükəmməl lider kimi parlaq keyfiyyətləriniz sayəsində inamlı və məqsədyönlü addımlarla Azərbaycanı dinc və firavan gələcəyə aparırsınız.

Siz yubileyinizi haqq mübarizəsində qalib gələn, doğma torpaqları azad edən xilaskar kimi xüsusi hisslərlə qarşılayırsınız.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, səadət, gələcək planlarınızın həyata keçməsi üçün tükənməz enerji, doğma ölkənizin rifahı naminə uğurlu və səmərəli fəaliyyət arzulayıram.

Sizə və Azərbaycan xalqına sülh, tərəqqi diləyirəm.

Hörmətlə,

 

Mixail Qusman

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini

25 Dekabr 2021 12:06 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR

Köhnə versiyamızdan xəbərləri izlə