Ən son xəbərlər
Tokio Universitetinin professoru Meydzi Miyasita yeməklərin dadını ötürə biləcək televizor ekranının prototipini ixtira edib. 30 nəfərlik komanda ilə işlədiyini deyən professor yeni qurğunun dəyərinin 875 dollar olduğunu deyib.
Məlumata görə, tamaşaçılar “Taste the TV” adı verilən qurğuya müdaxilə edərək ekranda gördükləri yeməyin dadını hiss edə bilərlər.
Xəbəri RİA “Novosti” yayıb.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə