Ən son xəbərlər
İtaliyanın səhiyyə naziri Roberto Speranza ölkə üzrə küçədə tibbi maska taxmağın məcburi olacağını açıqlayıb. Roberto Speranzanın sözlərinə görə, vətəndaşlar ictimai nəqliyyatda, kinoteatrda, teatrlarda və stadionlarda FFP2 respiratorlarından istifadə etməlidirlər. Bu məkanlarda qida qəbul etmək də qadağan olunub.
Qeyd edək ki, bundan əvvəl yoluxma sayının çoxalması səbəbilə ölkənin bəzi bölgələrində küçədə tibbi maskadan istifadə məcburi olmuşdu.
Xəbəri CNN yayıb.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə