Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibi Vladimir Şerbakovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Sizi Ümumhəmkarlar İttifaqları Konfederasiyası adından və şəxsən öz adımdan 60 illik əlamətdar yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Ümumhəmkarlar İttifaqları Konfederasiyasında və onun üzv təşkilatlarında Sizin Prezident kimi fəaliyyətinizi, müstəqil Azərbaycanın inkişafı üçün göstərdiyiniz xidmətləri yüksək qiymətləndirirlər. Sizin müdrik və uzaqgörən siyasi kursunuz sayəsində Azərbaycan durmadan irəliyə, sosial-iqtisadi tərəqqinin yeni sərhədlərinə doğru addımlayır, ictimai həyatın bütün sahələrində misilsiz uğurlar nümayiş etdirir. Bu əhəmiyyətli fəaliyyətdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da fəal iştirak edir. Prezident kimi həm milli, həm də beynəlxalq səviyyədə həmkarlar ittifaqlarının fəaliyyətinə göstərdiyiniz davamlı diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Çox hörmətli İlham Heydər oğlu, xahiş edirəm Sizə möhkəm cansağlığı və firavanlıq arzularımı qəbul edin.

Hörmətlə,

 

 

Vladimir Şerbakov

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibi

24 Dekabr 2021 20:34 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə