Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Total Energies” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agutdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri, hörmətli cənab Prezident.

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək, “Total Energies” şirkətinin adından və şəxsən öz adımdan Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan dövlətinin inkişafı və xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulamaqdan məmnunluq duyuram.

Mən “Total Energies” şirkəti ilə Azərbaycan hökuməti arasında əməkdaşlığa böyük əhəmiyyət verirəm. Biz Azərbaycanda 25 ildən artıqdır ki, fəaliyyət göstəririk. Şirkətimiz SOCAR-la birlikdə “Abşeron” yatağından qazın nəql olunmasına və Azərbaycanda enerji sektorunun uzunmüddətli inkişafına töhfə vermək işinə sadiqdir.

Zati-aliləri, Sizin bu il dekabrın 7-də “Total Energies” şirkətinin nümayəndələrini qəbul etməyinizi yüksək qiymətləndiririk. Biz gələcək illərdə əməkdaşlığımızın daha da inkişafına və möhkəmlənməsinə ümid edirik.

Hörmətlə,

 

 

Regis Agut

“Total Energies” şirkətinin Azərbaycan üzrə icraçı direktoru

24 Dekabr 2021 20:02 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə