Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

264 milyon dollarlıq təyyarə

Məşhur rus iş ada­mı və milyarder Roman Abramoviç dünyanın ən bahalı təyyarəsini satın alıb. O, “Boeing 787- 8 Dreamliner” layneri üçün 264 milyon dol­lar ödəyib. Bildirilir ki, ilkin qiyməti 250 milyon dollar olan təyyarənin bu qiymətə başa gəlməsinin səbəbi Abramoviçin laynerdə bəzi dəyişikliklər edilməsini tələb etməsi olub. Məlumata görə, İsveçrənin Bazel şəhərində son işləri görülən təyyarə dekabrın 18-də Moskvaya uçub.

Qeyd edək ki, milyarder daha əvvəl dünyanın ən bahalı super yaxtalarından olan “Solaris” üçün 1,2 milyard ABŞ dolları ödəmişdi. Ümumiyyətlə, o, həm də bahalı avtomobil kolleksiyaçısı kimi tanınır.

Məlumatı “Daily Mail” yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

24 Dekabr 2021 01:15 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
6 İyul 2022 | 23:37
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə