Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni poçt markası dövriyyəyə buraxılıb - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən yeni poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən verilən məlumata görə, marka Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr olunub.

Buraxılış 2 markadan ibarət blok şəklində hazırlanıb. Poçt markası 3 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap edilib.

Markanın müəllifi rəssam Orxan Qarayevdir.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

Xatırladaq ki, “Azərpoçt” mütəmadi olaraq mühüm əhəmiyyət kəsb edən əlamətdar tarixlərlə bağlı poçt markaları dövriyyəyə buraxır.

23 Dekabr 2021 12:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə