Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəriqaz”ın rəhbərliyi Gəncə sahibkarları ilə görüşəcək

“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası bu dəfə Gəncədə təşkil olunacaq.

İB-dən "Xalq qəzeti"nə verilən məlumata görə, “Azəriqaz”ın rəhbər şəxsləri Gəncə şəhəri, Gülüstan qəsəbəsində (14 nömrəli məktəbin yanı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. Səyyar qəbul otağı dekabrın 9-da saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

7 Dekabr 2021 16:24 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə