Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəbələ rayonunda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Fərzi Babayevin yaşadığı ünvanı qanunsuz tərk etdiyi müəyyənləşib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Şəki regional qrupundan "Xalq qəzeti"nə verilən məlumata görə, həmin şəxs yaşadığı Həmzəlli kəndi ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və sanitar-karantin qaydaları bir daha ona izah edilib.

F.Babayev yaşadığı ünvana geri qaytarılıb və hazırda onun barəsində Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

7 Dekabr 2021 16:06 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə