Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlilliyi olan şəxslərə illik sosial ödəniş xərcləri son 4 ildə 65 faiz və ya 736 milyon manat artıb

Əlilliyi olan şəxslərə pensiya və ya müavinət, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olanlara Prezidentin aylıq təqaüdü ödənilir. Bütün bu ödənişlər üzrə illik xərclər 2018-2021-ci illərdə 65 faiz və ya 736 milyon manat artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, illik xərclərdə əlilliyə görə pensiyalar üzrə 44 faiz, əlilliyə görə müavinətlər üzrə 2,6 dəfə, xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə ödənilən təqaüdlər üzrə 4 dəfə artım olub.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödənişlər üzrə isə illik xərclər 54 faiz artıb.

7 Dekabr 2021 15:32 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə