Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan gimnastı Nazənin Teymurova Polşada qızıl medal qazanıb

Polşanın Zabrze şəhərində qadın idman gimnastikası üzrə “Barborka Cup 2021” adlı beynəlxalq turnir keçirilib.

 "Xalq qəzeti" Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə ölkəmizi Nazənin Teymurova, Məryəm Musayeva və Duyğu Məcidzadə təmsil ediblər.

Gənclər arasında iştirak edən N.Teymurovanın çıxışı uğurlu olub. O, çoxnövçülükdə hakimlərdən 48.665 xal alaraq, fəxri kürsünün birinci pilləsində qərarlaşıb.

Onun komanda yoldaşları Duyğu Məcidzadə və Məryəm Musayeva çoxnövçülük yarışında müvafiq olaraq 6-cı və 9-cu yerlərdə qərarlaşıblar.

7 Dekabr 2021 15:16 - İDMAN
İDMAN
23 Yanvar 2022 | 08:40
Müqavilə yenilənir

Köhnə versiyamızdan xəbərləri izlə