Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN-in səmti müəyyənetmə komandası ölkə çempionatında uğur qazanıb

Dekabrın 5-də Azərbaycan Səmti Müəyyənetmə Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri Dənizkənarı bulvar və İçərişəhər ərazisində Zəfər gününə həsr olunmuş Səmti müəyyənetmə idman növü üzrə Açıq ölkə çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubundan "Xalq qəzeti"nə verilən məlumata görə, çempionatda müxtəlif kateqoriya üzrə 4 komanda olmaqla (Fövqəladə Hallar Nazirliyi, Dağçılıq İdman klubu, Neftçi İdman klubu, Xüsusi Dövlət Mühafizə Xidməti) 250-ə yaxın idmançı mübarizə aparıb. Yarışda Fövqəladə Hallar Nazirliyinin Səmti müəyyənetmə komandası komanda nümayəndəsi İdman-sağlamlıq klubunun əməkdaşı mayor Orxan Mansurovun rəhbərliyi altında 6 nəfərdən ibarət idmançı kompas və xəritədən istifadə etməklə öz bacarıqlarını nümayiş etdiriblər. Belə ki, Komanda yarışlarında FHN-nin komandası 3,4 kilometr məsafədə 18 nəzarət məntəqəsini taparaq finiş xəttinə 2-ci yerdə çatmağı bacarıblar.

 

Şəxsi yarışlarda kişilər arasında nazirliyin Kiçik Həcmli Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin daxili xidmət çavuşu Mirzə Hüseynzadə 3,2 kilometr məsafədə yerləşən 12 nəzarət məntəqəsini taparaq 3-cü yerə, xanımlar arasında isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva 3 kilometr məsafədə 12 nəzarət məntəqəsini hamıdan tez taparaq 1-ci yerə layiq görülüb. Qaliblərə Azərbaycan Səmti Müəyyənetmə Federasiyasının kubok, diplom və medalları təqdim olunub.

7 Dekabr 2021 14:39 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə