Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın iki filmi beynəlxalq festivalda mükafat qazanıb

Türkiyənin İstanbul şəhərində 9-cu Beynəlxalq İpəkyolu Film Mükafatları təqdim olunub.

Mədəniyyət Nazirliyindən  verilən məlumata görə, bu il mükafat üçün müxtəlif ölkələrdən 3089 film ilə rekord sayda müraciət qəbul olunub.

Festivalın final mərhələsinə Azərbaycandan 2 film keçib: Amil Amalın “Titrəmə” qısametrajlı bədii və Lətif Lətifsoyun “Anya” qısametrajlı sənədli filmləri.

Türkiyə Respublikasınn Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Türkiyə Sinema Televizyon Eserleri Sahibleri Meslek Birliği”nin (SETEM) təşkilatçılığı ilə keçirilən festivalın mükafatlandırma mərasimi dekabr ayının 6-da İstanbulda baş tutub.

”Titrəmə” filmi festvalın beynəlxalq qısametrajlı bədii film kateqoriyasında “Ən yaxşı film” mükafatına, “Anya” filmi isə beynəlxalq qısametrajlı sənədli film kateqoriyasında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.

Qeyd edək ki, Amil Amalın “Titrəmə” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

"Xalq qəzeti"

7 Dekabr 2021 14:05 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə