Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Maştağa qəsəbəsində səkkiz evdən oğurluq edən üç nəfər saxlanılıb

Sabunçu rayonunun Maştağa qəsəbəsində Savalan və Daş Karxanası yaşayış massivlərində son bir neçə ay ərzində mənzillərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı həmin oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Tuncay Həsənov, Şakir Vahablı və Qurban Məmmədov tutularaq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı onların həmin ərazilərdə müxtəlif vaxtlarda 8 evdən pul və qızıl-zinət əşyaları oğurladıqları müəyyən edilib. Saxlanılan şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər.

Faktlarla bağlı 14-cü polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri həyata keçirilir.

7 Dekabr 2021 12:54 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə