Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mingəçevirdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan keçmiş məhkum tutulub

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Xalq qəzeti"nə bildirilib ki, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Vüqar Cəfərov özünə məxsus “Ford” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilib. Nəqliyyat vasitəsinə, həmçinin onun üzərinə baxış keçirilən zaman şprislər və külli miqdarda heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.

7 Dekabr 2021 12:44 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə