Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nizami Gəncəviyə həsr olunmuş tamaşa nümayiş olunacaq

Dekabrın 29-da Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Heydər Əliyev Sarayında “Beş qapı” tamaşası təqdim olunacaq.

Sarayın mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında hazırlanan tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Tamaşanın ssenari müəllifi Şahin Musaoğlu, bəstəkarı Tamilla Əhədova və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Tamaşada hər qapı bir poemanın konsepsiyasına uyğun məzmun və ideyanı özündə birləşdirən teatral, xoreoqrafik, pantomim elementlərdən ibarət təsvirlərin qısa təhlili və canlandırılmasını nəzərdə tutur.

Tamaşanın aktyor heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrdən ibarətdir.

Biletlərini şəhərin kassalarından əldə etməm mümkündür.

7 Dekabr 2021 12:24 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə