Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oskar uğrunda yarışacaq xarici filmlərin siyahısı açıqlanıb

94-cü Oskar mükafatı uğrunda yarışacaq xarici filmlərin siyahısı məlum olub.

 "Xalq qəzeti" TASS-a istinadən xəbər verir ki, siyahıda 93 film yer alır.

 

Dekabrın 10-da qısa siyahı üçün səsverməyə start veriləcək və dekabrın 15-də yekunlaşacaq. Dekabrın 21-də isə 15 filmin yer aldığı yekun qısa siyahı açıqlanacaq.

Qeyd edək ki, Oskar mükafatı uğrunda yarışacaq filmlər arasında Azərbaycandan rejissor Rüfət Həsənovun “Daxildəki ada” ekran işi yer alır. Yarışmada Türkiyə rejissoru Semih Kaplanoğlunun “Bağlılık Hasan”, İran rejissoru Əsgər Fərhadinin “Qəhrəman” filmləri də iştirak edir.

7 Dekabr 2021 12:14 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə