Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TƏBİB sədri ÜST və USAID-ın Azərbaycandakı nümayəndələri ilə görüşüb

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı nümayəndələri ilə görüşüb.

TƏBİB-dən "Xalq qəzeti"nə verilən xəbərə görə, görüş zamanı İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov ölkədə tibbi xidmətin əlçatanlığının təmin edilməsi və keyfiyyətli xidmətin təşkilində hər iki qurumla qarşılıqlı əməkdaşlığın mühüm rol oynadığını bildirib.

V. Qurbanov xaricdə təhsil almış və hazırda həmin ölkələrdə xidmət göstərən yerli mütəxəssislərin ölkə səhiyyəsinə qazandırılması, o cümlədən tibb müəssisələrində çalışan orta tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində böyük yol qət edildiyini bildirib. O, qarşıda duran əsas hədəflərdən birinin inkişaf etmiş ölkələrin səhiyyə praktikasının Azərbaycanda tətbiq edilməsindən ibarət olduğunu qeyd edib.

ÜST-ün Azərbaycan nümayəndəsi Hande Harmancı həyata keçirilən layihələrə göstərdiyi diqqət və dəstək üçün öz təşəkkürünü bildirib. H.Harmancı əməkdaşlığın əsasını Azərbaycan səhiyyəsinə müsbət töhfələr verilməsindən ibarət olduğunu bildirib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiya direktoru Cey Sinqx səhiyyə işçilərinin bilik bacarıqlarının artırılması, eyni zamanda ixtisaslı kadrların hazırlanması istiqamətində ölkələrarası təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.

Sonda birgə əməkdaşlıq çərçivəsində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

7 Dekabr 2021 10:45 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə