Ən son xəbərlər
Qədim Səmərqənd şəhəri 2023-cü ildə dünyanın turizm paytaxtı elan edilib. Məlumata görə, İspaniyanın Madrid şəhərində keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 24-cü sessiyasında bu barədə bildirilib.
Məlumatı Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov təsdiqləyərək qeyd edib ki, BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 25-ci sessiyası 2023-cü ildə Səmərqənddə keçiriləcək. Sessiyaya 1000-dən çox qonağın gələcəyi gözlənilir.
Xəbəri TASS yayıb.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə