Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ada ölkəsində koronavirusa ilk yoluxma halı aşkarlanıb

Kuk adaları koronavirus pandemiyasının başlanmasından təxminən iki il sonra sərhədləri turistlər üçün açmağa hazırlaşarkən ölkədə ilk dəfə COVID-19-a yoluxma hadisəsi qeydə alınıb. Bu, sərhədlərin açılması prosesinin yenidən uzadılmasına səbəb olub. Məlumatı “İnterfaks.ru” verib.

 

Kuk adalarının Baş naziri Mark Braun verdiyi açıqlamada bildirib ki, ada ölkəsində ilk yoluxma hazırda karantində saxlanılan 10 yaşlı uşaqda qeydə alınıb. Onun sözlərinə görə, 10 yaşlı bir uşaq­da koronavirus adaya digər ölkələrdəki 176 nəfər vətəndaşı bir müddət əvvəl təyyarə ilə ölkəyə qaytararkən aşkar edilib. Ölkənin özündə isə nəzarət güclü olduğundan indiyədək heç kimdə bu virus aşkar edilməyib.

Təyyarədə ölkəyə qaytarılan digər vətəndaşların COVID-19 üçün testinin nəticələri isə neqativ olub. Baş nazir de­yib: “Biz özümüzü sərhədlərimizi açmağa hazırlayırdıq. Amma test sistemlərimiz göstərdi ki, hələ də sərhəddə ehtiyatlı olmalıyıq”.

Braun əlavə edib: “Bir daha qeyd etmək istərdim ki, biz aylardır sərhədi yenidən açmağı və potensial koronavirus təhlükələri ilə ciddi mübarizə aparma­ğı planlaşdırırıq. Həm də əhalimizin bütün təbəqələrini peyvənd etməyin vacibliyini bir daha vurğulayıram. Biz mümkün xəstəliklərdən və ölümdən ciddi şəkildə qorunmaq üçün əlavə tədbirlər görməliyik”.

Hazırda ölkədəki yeganə koronavirus xəstəsi olan uşağın ölkəyə Yeni Zelan­diyadan qayıtdığı güman edilir. Amma buna baxmayaraq, ölkə iqtisadiyyatın aparıcı sahəsi olan turizmi bərpa etmək üçün ilk növbədə Yeni Zelandiya ilə sərhədlərini açmaq niyyətindədir. Bunun­la bağlı yeni qaydalar 2022-ci il yanvarın 14-dən qüvvəyə minəcək və iki ölkə arasında səyahətə icazə veriləcək.

Qeyd edək ki, Sakit okeandakı bir çox ada dövlətlərində, o cümlədən Fici, Fransız Polineziyası və Marşal adaların­da COVID-19-a yoluxma qeydə alınsa da, Kuk adaları sərhədlərini tamamilə bağlamaqla təxminən iki il ərzində koronavirusdan xilas olmağı bacarmışdı. Cəmi 17.000 əhalisi olan ada dövlətində insanların 96 faizi peyvənd olunduğun­dan Kuk adaları dünyada ən yüksək peyvəndlənmə göstəricisinə malik ölkə hesab olunur.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

7 Dekabr 2021 06:01 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
23 Yanvar 2022 | 08:39
Kuryerləri dronlar əvəzləyir
23 Yanvar 2022 | 08:08
Son 60 ilin ən isti yayı

Köhnə versiyamızdan xəbərləri izlə