Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazaxıstan və Özbəkistan prezidentləri müzakirələr aparıblar

 

 

Dekabrın 5-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev rəsmi səfərlə Nur-Sultana gəlib. Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev ali qonağı Nursultan Nazarbayev adına aeroportda şəxsən qarşılayıb. Bu barədə məlumatı Qazaxıstandakı rəsmi mənbələrə istinadən “Anadolu” agentliyi yayıb.

İki dövlət başçısı və geniş tərkibdə nümayəndə heyətləri arasında əsas müzakirələr dekabrın 6-da olub. Liderlər, ilk növbədə Qazaxıstan-Özbəkistan siyasi əlaqələrinin bundan sonra da gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Onlar həmçinin hesab edirlər ki, iki ölkə arasında iqtisadi və ticari əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar mövcuddur və bu potensialdan maksimum səviyyədə istifadə olunması hər iki xalqın mənafelərinə xidmət edəcək.

Qazaxıstan və Özbəkistan liderləri bir sıra aktual regional məsələlər, o cümlədən Əfqanıstandakı mövcud durum ilə bağlı da geniş fikir mübadiləsi aparıblar. Prezidentlərin ümumi mövqeyi belədir ki, Əfqanıstanda ictimai-siyasi sabitliyin bərqərar olunması üçün bu ölkənin müvəqqəti hökuməti ilə hərtərəfli əlaqələrin mümkün qədər tez qurulması çox vacibdir.

“Anadolu” müxbiri sonda yazır ki, Nur-Sultanda aparılan müzakirələrin nəticəsi kimi iki ölkə arasında bir çox sahələri əhatə edən 20 sənəd imzalanıb.

M.HACIXANLI, “Xalq qəzeti”

7 Dekabr 2021 06:00 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
23 Yanvar 2022 | 08:39
Kuryerləri dronlar əvəzləyir
23 Yanvar 2022 | 08:08
Son 60 ilin ən isti yayı

Köhnə versiyamızdan xəbərləri izlə