Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağ ev Pekin Olimpiadasını boykot etməyə hazırlaşır

 

 

“CNN”in məlumatına görə, ABŞ Prezidenti Administrasiyası 2022-ci ilin fevral ayında keçiriləcək Pekin Olimpiadasını diplomatik boykot etməyə ha­zırlaşır. Buna səbəb kimi Çin Xalq Respublikasında uyğurların hüquqlarının pozulması göstərilir.

Hazırda ABŞ Təhlükəsizlik Şurası bu məsələni müzakirə edir. ABŞ hökuməti bildirir ki, Birləşmiş Ştatlardan heç bir rəsmi nümayəndə olimpiadaya getməyəcək. Lakin ABŞ idmançıları yarışlarda iştirak edəcəklər.

Xatırladaq ki, Pekin Olimpiadasının boykot edilməsi barədə ilk məlumatı noyabrın 16-da “The Washington Post” vermişdi.

“CNN”in məlumatına görə, diplomatik boykot məsələsi ayın sonunadək həll edilməlidir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

7 Dekabr 2021 05:58 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
23 Yanvar 2022 | 08:39
Kuryerləri dronlar əvəzləyir
23 Yanvar 2022 | 08:08
Son 60 ilin ən isti yayı

Köhnə versiyamızdan xəbərləri izlə