Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2021-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı sahibinə təqdim olunub

2021-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı Əbdülrəzzaq Qurnaya təqdim olunub.

 "Xalq qəzeti" "ewronews"a istinadən xəbər verir ki, təqdimetmə mərasimi İsveçin Böyük Britaniyadakı səfirliyində baş tutub.

Qeyd edək ki, pandemiya səbəbindən artıq iki ildir ki, Nobel mükafatının təqdimat mərasimi Stokholmda deyil, müxtəlif ölkə və şəhərlərdə təşkil olunur.

Xatırladaq ki, bu ilin ədəbiyyat üzrə Nobel mükafatına tanzaniyalı yazıçısı Əbdülrəzzaq Qurna layiq görülmüşdü.

7 Dekabr 2021 09:35 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə