Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya və ABŞ prezidentləri əsasən təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

 

 

Rusiya və ABŞ liderlərinin dekabrın 7-də keçirilməsi nəzərdə tutulan videogörüşündə birinci növbədə qarşılıqlı təhlükəsizlik təminatının işlənib hazırlanması ilə bağlı məsələlərə baxılacaq. Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib. Məlumatı “İzvestiya.ru” verib.

Peskov deyib: “Söhbət qapalı rejimdə keçiriləcək. Heç bir birbaşa yayım olma­yacaq”. Onun sözlərinə görə, onlayn-görüş saat 18.00- da başlayacaq və davamlı olacaq: “Bu, iki prezidentin söhbəti olacaq. Mən bilmirəm, Prezident Baydenin yanında kim olacaq, amma bizim Prezident belə ciddi danışıq ərəfəsində əlaqədar idarələrin nümayəndələri ilə təmasda olur”.

Rusiya rəsmisi qeyd edib ki, virtual görüş zama­nı prezidentlər “Cenevrədə əldə olunmuş anlaşmaların reallaşdırılması ilə bağlı məsələlərə toxunacaq­lar”. Onlar, eyni zamanda, Rusiya və ABŞ arasındakı münasibətləri, Ukrayna ətrafındakı vəziyyəti, NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsini və təbii ki, “Putinin təhlükəsizlik qaranti­yası haqqında təşəbbüsü”nü müzakirə edəcəklər.

Kreml nümayəndəsi bil­dirib: “Təhlükəsizlik qaranti­yası, məlumdur ki, birtərəfli ola bilməz. Bu məsələ hər iki tərəfə aiddir. Qarantiya qarşılıqlı olur. Məhz Putin elə siyasətçidir ki, beynəlxalq münasibətlərin qarşılıqlı hörmət və ədalətli olmasında israr edir”.

Peskov əlavə edib ki, rəsmi Moskva BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin görüşlərinin keçirilməsinə xüsusi əhəmiyyət verir: “Biz hər dəfə belə görüşlərin aktual olduğunu vurğulayırıq. Hazır­da mövcud olan gərginliyin dərəcəsi və hadisələrin inki­şafı belə görüşlərin aktuallığı­nı artırır”.

Qeyd edək ki, Putin və Bayden arasında görüş keçiriləcəyi barədə məlumat dekabrın 4-də yayılıb. Görüş dekabrın 7-də baş tutacaq. İnformasiyanı Ağ ev də, Kreml də təsdiqləyib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

7 Dekabr 2021 05:51 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
23 Yanvar 2022 | 08:39
Kuryerləri dronlar əvəzləyir
23 Yanvar 2022 | 08:08
Son 60 ilin ən isti yayı

Köhnə versiyamızdan xəbərləri izlə