Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kürdəmir Suvarma Sistemləri İdarəsi AÇIQ TENDERƏ DƏVƏT EDİR

Kürdəmir Suvarma Sistemləri İdarəsi

Bir sıra obyektlərin təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması məqsədilə

AÇIQ TENDERƏ DƏVƏT EDİR

 

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www. etender.gov.az/ vahid internet portalı­na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olma­lıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs- İsmayılov Rauf Səftər oğlu, telefon- 050 3394559.

İştirak haqqı- 50 (əlli) manatdır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

• H/h- AZ48C­TRE00000000000002351701

• VÖEN- 5700115621

• Fond- 7/142330

• Bank- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi

• Kod- 210005

• VÖEN- 1401555071

• M/h- AZ­41NABZ01360100000000003944

• S.W.İ.F.T: CTREAZ22

İddiaçılar tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (tender təkliflərinin açıl­dığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı təkliflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü (ten­der təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox) qüvvədə olmalıdır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublika­sının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq sahibkarlıq fəaliyyəti növü­nün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.

Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxa­rıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30 dekabr 2021-ci il saat 15.00-a, tender təklifi və bank təminatını isə 12 yanvar 2022-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 13 yanvar 2022-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd-tenderdə iştirak, təkliflərin qiymətləndirilməsi və digər bütün prose­durlar elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

7 Dekabr 2021 05:48 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə