Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında memorandum imzalanıb

 

 

İttifaqları Federasiyasının (QHİF) sədri Satıbaldı Dauletalinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəvəti ilə Bakıda səfərdədir

Dekabrın 6-da AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıye­vin və QHİF sədri Satıbaldı Daule­talin nümayəndə heyətləri arasında keçirilən görüşdə Azərbaycanla Qa­zaxıstan arasındakı münasibətlərdən, həmçinin iki qurum arasında mövcud olan əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.

AHİK sədri bildirib ki, Azərbaycan– Qazaxıstan əlaqələri sosial, siyasi, iqtisadi, mədəni və digər sahədə uğur­lu inkişaf yolu tutub. Bu əlaqələrin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin və Qazaxıstanın birinci Prezidenti– elbası Nursultan Nazarbayevin xidmətlərini xatırladan S.Möhbalıyev vurğulayıb ki, qardaş ölkə hər zaman Azərbaycanın ərazi bütövlü­yünü dəstəkləyərək haqq işini müdafiə edib.

Vətən müharibəsində Azərbaycanın misilsiz qələbəsindən bəhs edən S.Möhbalıyev bu gün Şərqi Zəngəzurda və Qarabağda sürətli abadlıq-quru­culuq işlərinin aparıldığını qeyd edib. Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan AHİK sədri deyib ki, ölkəmizdə ən böyük ictimai təşkilat olan həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynayır, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir.

Səmimi qəbula görə təşəkkür edən QHİF sədri Satıbaldı Dauletalin Qazaxıstan həmkarlar ittifaqlarının gördüyü işlər haqqında ətraflı məlumat verib. O, Azərbaycan və Qazaxıs­tan həmkarlar ittifaqları arasında münasibətlərin davamlı olaraq inkişaf etdiyini, qarşılıqlı səfərlər təşkil edildiyini, təcrübə və fikir mübadilələrinin aparıl­dığını deyib. Bildirilib ki, bu əlaqələrin daha da inkişafı üçün gələcəkdə də səylə çalışılacaq.

Sonra hər iki qurum arasında əməkdaşlığın və əlaqələrin daha da gücləndirilməsini nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalanıb.

T.AYDINOĞLU, “Xalq qəzeti”

7 Dekabr 2021 05:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə