Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycanın mədəniyyət naminə sülh konsepsiyasını dəstəkləməyə hazırıq”

 

 

“ICESCO adından Azərbaycana belə bir ağır dövrdə “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunu təşkil etdiyinə görə təşəkkür edirəm”. Bunu ICESCO-nun baş direktoru Salim bin Məhəmməd Əl-Malik foruma göndərdiyi mesajda deyib.

O, dünyanın öz qapılarını pande­miyadan sonra açacağına ümidvar olduğunu bildirib. Qeyd edib ki, pan­demiyadan əvvəlki həyatımıza qayıt­mağımız çox vacibdir. Ölkələr arasında münasibətlərin zəif olması münaqişələrə gətirib çıxara bilər. Ona görə də sərhədlərarası əməkdaşlığın inkişafını təşviq etməliyik. Sivilizasiyalararası dia­loqu təşviq etməklə dayanıqlı sülhə nail ola bilərik. Sülhün olmaması zorakılığa gətirib çıxara bilər. Sülhün toxumları əkilməlidir, çünki mədəniyyətin inkişafı bundan asılıdır. Biz İslam dəyərlərini dəstəkləyirik və təşviq edirik. Eyni za­manda, bütün tərəfdaşların sülh naminə sosiallaşması ideyasını dəstəkləyirik. Sülh prosesi uşaqları, qadınları və böyükləri bir araya gətirən prosesdir.

Baş direktor deyib ki, sülh prose­sini qorumaq və təşviq etmək bizim missiyamız olmalıdır: “Bu isə bizə məhz gənclər, qadınlar və liderləri cəlb edəcək proses üçün yol açmalı­dır. Bizim cəmiyyətdə gənclərin rolu bu baxımdan çox vacibdir. 24 ölkədən 30-a yaxın sülh səfiri təyin olunub. Bu insanlar öz cəmiyyətlərinə və ölkələrə töhfə verəcək, bölgələrimizdə sülhün bərqərar olmasına kömək edəcəklər. Siyasətçilərə də bütün bu məsələlər haqqında düşünmək üçün mədəniyyət naminə sülh konsepsiyası kömək edə bilər”.

O vurğulayıb ki, Azərbaycanın sülh­yaratma prosesində çox böyük rolu var: “Biz Azərbaycanın sülhyaratma prosesi­ni, mədəniyyət naminə sülh konsepsiya­sını dəstəkləməyə hazırıq”.

Hazırladı: M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

7 Dekabr 2021 05:44 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə