Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubadlının cəsur oğlu

 

 

Vətənpərvər oğlan idi Faiq Qasımov. Qubadlı işğal olunandan sonra rayonun digər sakinləri kimi məcburi köçkün həyatı yaşa­mışdı. Birinci Qarabağ müharibəsində Laçında və Qubadlıda Milli Qəhrəman Əliyar Əliyevin taborunda topçu kimi vuruşmuşdu.

 

Vətən müharibəsi şəhidi polkov­nik-leytenant Qasımov Faiq Qaçay oğlu 1974-cü il fevralın 10-da Qubadlı rayonunun Qayalı kəndində anadan olmuşdu.

1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş­du, 1995-ci ildə hərbi məktəbi bitirib, tağım komandiri kimi Naxçıvan MR-də fəaliyyətə başlamış, 2009-cu ilədək Naxçıvan MR-də cəbhə bölgəsində müxtəlif vəzifələrdə işləmiş, sonra isə üç il Balakən rayonunda xidmət etmişdi.

2012-ci ildə öz təkidi ilə təyinatı Fü­zuli cəbhəsinə dəyişdirilmişdir. 2016-cı ilin Aprel döyüşlərində fəal iştirak etmiş və göstərdiyi şücaətlərə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.

Bundan başqa , “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci, 3-cü dərəcəli medal­larla, “Azərbaycan Respublikası Si­lahlı Qüvvələrinin 90, 95 və 100 illik yubley medalları, “Hərbi Xidmətdə Fərqləndiyinə görə” 3-cü dərəcəli me­dalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı ilə təltif olunmuşdur.

Polkovnik-leytenant Faiq Qasımov 27 sentyabr 2020-ci ildən başlayan Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə düşmənin müdafiə səddini yaran ilk hərbçilərimizdən biri olmuşdur. Elə həmin döyüşlərdə də qəhrəmancasına şəhid olmuşdur.

2020-ci il oktyabrın 20-də II-ci Fəxri Xiyabanda dəfn edilmişdir.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə polkovnik-leytenant Faiq Qasımov “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə də təltif edilmişdir. Ailəli idi. İki övladı var.

Allah rəhmət eləsin!

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

7 Dekabr 2021 05:43 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə