Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Britaniya Azərbaycandan gələnlər üçün giriş qaydalarına dəyişiklik edib

Böyük Britaniya ölkəyə giriş qaydalarına dəyişiklik edib. Böyük Britaniya hökumətinə istinadən verilən məlumatda qeyd olunur ki, bundan sonra Böyük Britaniyaya səfər edən şəxslər 48 saatdan gec olmayan mənfi test nəticələrini təqdim etməlidirlər. Bu sənəd turistlərin peyvənd olunmamasından asılı olmayaraq tələb ediləcək, istisna yalnız 12 yaşdan aşağı uşaqlara şamil ediləcək.

Xatırladaq ki, oktyabr ayında Böyük Bri­taniya Azərbaycanı vaksin sertifikatı olduğu təqdirdə vətəndaşların ölkəyə giriş hüququ olan dövlətlər siyahısına daxil etmişdi. Yeni qaydalara əsasən, Azərbaycandan daxil olan vətəndaşlar vaksin olunduğu halda belə mənfi test nəticəsi təqdim etməlidirlər.

Hazırda Böyük Britaniya "Oxford/AstraZene­ca", "Pfizer BioNTech", "Moderna" və "Janssen" peyvəndlərinin sertifikatını tanıyır.

“Xalq qəzeti”

7 Dekabr 2021 05:42 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
20 Yanvar 2022 | 01:09
Referendumun vaxtı açıqlanıb
20 Yanvar 2022 | 00:10
Prezident koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə