Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Helikopter qəzasında şəhid olanların ailələrinə kompensasiya veriləcək

 

 

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin vərəsələrinə birdəfəlik 11 min manat sığorta ödənişi nəzərdə tutulur.

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsala­yev jurnalistlərə açıqlamasın­da qeyd edib ki, qəza zamanı xəsarət almış hərbçilərimizin əlillik dərəcəsinə uyğun sığor­ta ödənişləri nəzərdə tutulur: “Birinci qrup əlillik dərəcəsinə 8800 manat, ikinci qrup əlillik dərəcəsinə 6600 manat və üçüncü qrup əlillik dərəcəsinə 4400 manat birdəfəlik sığorta ödənişləri nəzərdə tutulur.

Əgər əlillik yoxdursa xəsarət varsa, xəsarət iki kateqoriyadan ibarətdir. Ağır xəsarətə görə 2750 manat birdəfəlik sığorta ödənişi, yüngül xəsarətə görə 550 ma­nat birdəfəlik sığorta ödənişi nəzərdə tutulur. Bu ödənişlər Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilir”.

Xatırladaq ki, noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi he­likopteri təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər şəhid olub, 2 nəfər yaralanıb.

“Xalq qəzeti”

7 Dekabr 2021 05:29 -

Köhnə versiyamızdan xəbərləri izlə