Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhidin il mərasimini rayon ictimaiyyəti də qeyd etdi…

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Qabilov İsmayıl Əli oğlu 1983-cü il iyulun 15-də Kəlbəcər rayonunun Mozqaraçanlı kəndində anadan olub. O, sentyabrın 27- də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Nəşi xeyli sonra, keçən il dekabrın 4–də tapılıb və dekabrın 5-də Göygöl rayonundakı Şəhidlər xiyabanında dəfn edilib. Şəhid İsmayıl Qabilov 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə”medalları ilə təltif edilib.

Şəhidin il mərasimini rayon ictimaiyyəti də qeyd etdi…

…Şəhidin il mərasimində onun ailə üzvləri, qohumları ilə yanaşı Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı, apa­rat işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, qazilər də iştirak edib.

Əvvəlcə Vətən müharibəsi şəhidi İsmayıl Qabilovun Şəhidlər xiyabanındakı məzarı ziyarət edilib, məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Daha sonra rayon rəhbərliyi il mərasiminə qatılaraq şəhidin ailə üzvləri ilə görüşüb.

Kəlbəcər RİH başçısı Azər Qocayev ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından danışıb, eyni zamanda ailənin problemləri ilə maraqlanıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

7 Dekabr 2021 05:28 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə