Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BP-nin hədiyyə etdiyi laboratoriyaya Nobel mükafatı laureatının adı verilib

 

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bp şirkətinin hədiyyə etdiyi qida təhlükəsizliyi laboratoriyasına dünya şöhrətli türk molekulyar bioloq, kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncərin adının verilməsi münasibətilə xüsusi tədbir keçirilmişdir. Bu münasibətlə professor Səncər fəxri qonaq qismində bp rəsmiləri ilə birgə tədbirə qoşularaq öz ürək sözlərini iştirakçılarla bölüşmüşdür.

Böyük alim Əziz Səncər demişdir: “Mənə göstərilmiş bu hörmət üçün hamıya təşəkkür edirəm. Azərbaycan-türk elminin inkişafında mənim də kiçik bir rolum olarsa, bundan yalnız şərəf duyaram. İnanıram ki, bp-nin hədiyyəsi olan bu laboratoriya tələbələrin daha yüksək bi­lik almaları və elmi fəaliyyətə yönəlmələri üçün gözəl imkan yaradır.”

Nobel mükafatçısının adını daşıyacaq elmi-tədqiqat obyekti bp-nin UNEC-in tədqiqat potensialının artırılması və ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə universitetə bağışladığı üç laboratoriyadan biridir. Tam təchiz edilmiş müasir laboratoriyalar xüsusi olaraq qida təhlükəsizliyi, qida texnologi­yası və ekologiya sahələrində universitetin araş­dırma üzrə ehtiyacını qarşılamaq üçün nəzərdə tutulmuşdur. Bu fənlər universitetin müvafiq bakalavr və magistr proqramlarına daxildir ki, bu da UNEC-ə əmək bazarını yüksək ixtisaslı qida mütəxəssisləri ilə təmin etmək üçün imkan yaradır.

UNEC-in rektoru professor Ədalət Muradov qeyd etmişdir ki, bu bizim ən müasir laboratori­yamızdır. bp şirkətinə bizim üçün belə şərait ya­ratdığına görə təşəkkür edirik. Bu laboratoriyaya Əziz Səncər kimi böyük alimin adının verilməsi tələbələrimizi daha məsuliyyətli olmağa və yeni elmi uğurlara səsləyəcək.

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bp-nin universitetə bağışla­dığı laboratoriyaya Nobel mükafatçısı Əziz Səncərin adının verilməsi UNEC-lə bərabər bütün bp Azərbaycan ailəsi üçün böyük bir şərəfdir. Bu həqiqətən də şirkətimizin ölkədə elmi-tədqiqat imkanlarının artırılması və təhsilin inkişafına verdiyi töhfələrin layiq görülə biləcəyi ən yüksək qiymətdir və biz bundan artığını arzulaya da bilməzdik. Mən böyük alim Əziz Səncərə və UNEC-ə bizə verdikləri bu yüksək şərəfə görə təşəkkür edirəm. İnanırıq ki, profes­sor Səncərin adı bütün gənc alim və araşdır­maçılara ilham verəcək və onların daim yadına salacaq ki, əsl alim öz xalqına və dünya elminə necə xidmət etməlidir: “Bu üç laboratoriyadan əlavə bp UNEC-in elmi-tədqiqat potensialını ar­tırmaq məqsədilə 2022-ci ildə daha bir mühüm layihə həyata keçirməyi planlaşdırır. Labora­toriyaların yeni layihə ilə birlikdə ümumi dəyəri təqribən 500 000 AZN-dir.

bp şirkəti Azərbaycanda 28 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 82 milyard dollar sərmayə qo­yub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətində səylərimiz insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 96 milyon ABŞ dolların­dan çox vəsait xərcləmişdir.

Azərbaycanda bp şirkətində təxminən 2300 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir”.

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil ola bilərsiniz.

“Xalq qəzeti”

7 Dekabr 2021 05:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə