Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstanbulda beynəlxalq sammitdə Azərbaycanın azad edilmiş torpaqlarında ermənilərin törətdiyi vandalizmdən bəhs olunub

 

İstanbulda “Daha yaxşı dünya naminə çağırışlar” mövzusunda keçirilən XII Boğaziçi Sammiti çərçivəsində “Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlıqları-iş dünyasının perspektivləri” mövzusunda panel iclası təşkil olunub.

Türkiyədəki Azərbaycanlı İş Adam­ları Birliyinin (TAİB) rəhbəri Nəslihan Tombulun moderatorluğu ilə baş tutan iclasın fəxri qonağı Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov olub.

Panel iclasında Azərbaycanın 30 ilə yaxın işğal altında qalan və 44 günlük Vətən müharibəsi nəticəsində azad edilən tarixi torpaqlarında ermənilər tərəfindən törədilən vandalizm aktları, ərazilərimizin minalanması kimi məsələlərə toxunulub.

Türkiyə-Azərbaycan münasibətlərindən də bəhs olunan iclasda iki qardaş ölkə arasındakı əlaqələr və əməkdaşlıqlar haqqında məlumat verilib. Bildirilib ki, ölkələrimizin münasibətlərində ən əhəmiyyətli rol­lardan birini Türkiyədə ən böyük xarici investor olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) oynayır. On üç illik qısa zaman ərzində SOCAR Türkiyədə ən böyük şirkətlərdən birinə çevrilib.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb. Qeyd edək ki, iclasda ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mus­tafayeva, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza, “SOCAR Türkiyə”nin Kommuni­kasiya və dövlət ilə əlaqələr üzrə rəhbəri Mikayıl Yusifov, “Hünər Qrup” Holdinqin İdarə Heyətinin sədri Ehtiram Quliyev iştirak ediblər.

İki gün davam edən Sammitdə Azərbaycan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Apa­ratın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur.

“Xalq qəzeti”

7 Dekabr 2021 05:23 - SİYASƏT
SİYASƏT
23 Yanvar 2022 | 08:25
Yaponiya səfiri Lerikdə

Köhnə versiyamızdan xəbərləri izlə